Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 1 Mart -Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
SDU-da 1 Mart -Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
SDU-nun Kimya və biologiya fakültəsində 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Universitetin professor, müəllim və tələbə heyətinin iştirakı ilə keçən tədbiri Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Gülnarə Ələkbərli açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında əsas vəzifə kimi durur. Gülnarə xanım onu da qeyd etdi ki, bu tədbiri keçirməkdə əsas məqsəd əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə əyani vəsaitlər, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında videoçarx nümayiş olundu, tələbələrin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı, onların sualları
cavablandırıldı. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az