Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Mərkəzi Bankın təlimləri başladı
SDU-da Mərkəzi Bankın təlimləri başladı
Fevralın 21-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü və təşkilatçılığı ilə təlimlərə start verildi. Təlimdə mütəxəssislər, tələbə və müəllimlər iştirak etdi.
Fakültənin dekanı dosent Aynurə Yəhyayeva çıxışında qonaqları və iştirakçıları salamladı. O, ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini, bununla bağlı İqtisadiyyat və idarəetmə fakültəsində müxtəlif tədbirlərin planlaşdırıldığını qeyd etdi. Bugünkü təlimin sözügedən tədbirlərdən olduğunu qeyd edən Aynurə Yəhyayeva  fakültə üçün əsas prioritetin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar yetişdirmək olduğunu vurğuladı. Təlimlərin 3 gün davam edəcəyini bildirən fakültə dekanı proqramın “Layihələrin idarə olunması” ilə başlayacağını, ardıcıl olaraq  “İzafi borclanma: problemlər və tövsiyələr”, “Strateji idarəetmə” “Bankçılıq və rəqəmsal ödənişlər” və “Əmanətlərin sığortalanması” mövzuları ilə davam etdiriləcəyini bildirdi.
Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov və həmin kafedranın baş müəllimi, tədbirin təşkilatçısı Zülfiyyə Hacıyeva tədbir haqqında fikirlərini bildirdilər.
Təqdim olunan mövzular üzrə bank və hüquq mütəxəssisləri: Vüsal Həsənov, Lamiyyə Qaralova, Rauf Ağayev, Aliyə  Əsədzadə, Xəyalə Məmmədova və Sevinc Əliverdiyevanın çıxışları nəzərdə tutulur.
İlk təlim gününün sonunda mövzularla əlaqədar müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, təlimlərin yekununda fəal tələbələr sertifikatla təltif olunacaqlar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az