Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində görüş
“INNOSTART” maarifləndirmə proqramı çərçivəsində görüş
Fevralın 16-da Sumqayıt Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə regionlarda startap ekosistemi üzrə “INNOSTART” maarifləndirmə proqramı çərçivəsində görüş keçirilib.
Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim heyəti ilə yanaşı, Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin üzvlərinin də iştirak etdiyi görüşdə məqsəd gənclərin potensialını kəşf etmək, onların innovativ ideyalarını dəyərləndirmək, yerli icmanın formalaşmasını təmin etmək və startap quruculuğuna həvəsləndirməkdir.
“SUP VC”-nin icraçı direktoru Rəşad Eyvazov çıxışında rəhbərlik etdiyi şirkətin təşkilatçılığı ilə həyata keçirilən layihələrdən bəhs edərək, layihə çərçivəsində yüzlərlə gəncin öz innovativ ideyalarını necə biznesə çevirməyi, həmçinin startap qurmağı öyrənəcəyinə ümidli olduğunu bildirib.
SDU Elmi hissəsinin müdiri dosent Samir Orucov universitetin Elmi Şurasında təsdiq olunan “2020‒2025-ci illər üçün “Strateji İnkişaf Planı”nda SDU-nun nəzdində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılmasının nəzərdə tutulduğunu, bu istiqamətdə mühüm işlər görüldüyünü bildirib. O, həmçinin bildirib ki, İYM-in yaradılmasında əsas məqsəd məhz innovasiya-yaradıcılıq fəaliyyətini təşviq etmək, universitet tələbələrinin, həmçinin Sumqayıt və onun ətrafında yaşayan gənclərin startap təşəbbüslərini dəstəkləməkdən və bu layihələri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirməkdən ibarətdir.  
Qeyd edək ki, görüş gənclərin marağına səbəb oldu və bu mövzuda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. 
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az