Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da payız semestrinin imtahan sessiyası davam edir
SDU-da payız semestrinin imtahan sessiyası davam edir
Sumqayıt Dövlət Universitetində və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov,  Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov və fakültə dekanları mütamadi olaraq imtahanın gedişini izləyir.
Yanvarın 16-da imtahan öncəsi keçirilən monitorinqdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu etdi. Bildirdi ki,  imtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlama qərargahında kodlaşdırılaraq müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə onlardan apelyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qaneedici olduqda qiyməti artırılır, əks halda əvvəlki qiymət saxlanılır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb, bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb.
Prorektor onu da diqqətə çatdırdı ki,SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi rektor, professor Elxan Hüseynov və məsul şəxslər tərəfindən ardıcıl izlənilir, tələbələrlə söhbətlər aparılır, proseslə bağlı onların fikirləri öyrənilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az