Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU–nun əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Konqresdə iştirak etdilər
SDU–nun əməkdaşları Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Konqresdə iştirak etdilər
Fevralın 8-dən 9-dək Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Konqresdə dünyanın bir sıra xarici ölkə universitetlərinin alimləri ilə yanaşı, Azərbaycanın ali təhsil müəssisələri, o cümlədən, Sumqayıt Dövlət Universitetinin əməkdaşları da onlayn formatda iştirak etdilər.
Sumqayıt Dövlət Universitetindən Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent Fuad Məmmədov müasir dövrdə təhsildə mühüm aktuallıq kəsb edən “Öyrənmə prosesində innovativ texnologiyaların rolu” mövzusunda çıxış etdi. Konqresdə kafedranın digər əməkdaşları − dosentlər: Sevil Lətifova və Sara Sadıqova da iştirak edərək sertifikatlarla təltif olundular.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az