Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları ERASMUS + praktiki seminarında iştirak etdilər
SDU-nun əməkdaşları ERASMUS + praktiki seminarında iştirak etdilər
Yanvarın 24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Erasmus+ Ofisinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində Avropa İttifaqının (Aİ) Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən Ali təhsildə potensialın gücləndirilməsi və Jean Monnet layihələrinin yazılmasına dair praktik seminar keçirildi.
Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov açaraq iştirakçıları salamladı və qonaqları BANM-da görməkdən məmnunluğunu bildirdi.
Daha sonra Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdi.
Azərbaycan Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramı barədə iştirakçılara ətraflı məlumat verdi.
Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova KA2 layihələrinin yazılması və idarə olunması (ECAR və EQAC layihələri) barədə çıxış etdilər.
Ümumilikdə, seminar Aİ tərəfindən qrant əldə etmiş və uğurla həyata keçirilmiş layihələr, Aİ portalından istifadə üzrə praktiki təlim, ali təhsildə potensialın gücləndirilməsi layihələrində büdcənin düzgün planlaşdırılmasına dair mövzuları əhatə etdi.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və şöbənin baş metodisti Aysel Eminova iştirak ediblər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az