Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əcnəbi müəllim və tələbələri “Şuşa İli” forumunda iştirak ediblər
SDU-nun əcnəbi müəllim və tələbələri “Şuşa İli” forumunda iştirak ediblər
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Şuşa forumu keçirildi.
“Holiday Inn Baku” otelində keçirilən forumda işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin mədəniyyət abidələrinə və ətraf mühitə vurduğu zərərlərin müzakirəsi, diplomatiya mövzularında diskussiyalar aparılıb, Qarabağ həqiqətləri barədə əcnəbi tələbələrə məlumatlar verilib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin “Mədəniyyət”, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədovun “Diplomatiya” AZGREEN-Engineering and Environmental Services (mühəndislik və ətraf mühit xidmətləri) şirkətinin təsisçisi, Xəzər Universitetinin müəllimi Tural Məhərrəmovun “Ətraf mühit” mövzularında moderatorluq etdiyi forumda əcnəbi müəllim, tədqiqatçı və tələbələrin iştirakı ilə panel müzakirələr aparılmışdır.
Forumda Sumqayıt Dövlət Universitetindən Osmanlı tarixi fənnini tədris edən Türkiyə Respublikası Qaziantep Universitetinin müəllimi Dr. Sadık Çetin, Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Elana Bairamova (Gürcüstan) və Mühəndislik fakültəsinin II kurs tələbəsi Eltun Bairamov (Gürcüstan) iştirak ediblər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az