Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
SDU-nun rektoru 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, ölkəmizə daima sülh, əmin-amanlıq, xalqımıza cansağlığı, ruzi-bərəkət arzuladı.
Bildirdi ki, hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdən biri də milli birlik və həmrəylik ideyasıdır. Milli birliyə, həmrəyliyə nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. Dövlətçiliyimizin qorunmasında, milli mənsubiyyətimizin mövcudluğunda dünyanın hər bir güşəsində yaşayan ruhu, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir olması, ümummilli lider Heydər Əliyevin arzusu və amalından doğan istək idi. Artıq iki ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi.
Rektor bir daha qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az