Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsinin əməkdaşları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər
Mühəndislik fakültəsinin əməkdaşları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər
Dekabrın 26-da Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev başda olmaqla bir qrup müəllim və tələbə heyəti fakültədə təhsil alan I kurs tələbəsi Nurlanə Yusifovanın 2020-ci ildə erməni vandalları tərəfindən işğal olunmuş torpaqların azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşı Hüseyn Yusifovun vəfatının ikinci ildönümü ilə əlaqədar Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların məzarları üzərinə qərənfillər düzüldü.
Dosent Ulduz Ağayev qeyd etdi ki, bu gün fəxrlə söyləyə bilərik ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalqımız məğrur və məğlubedilməzdir.
Ulduz Ağayev onu da qeyd etdi ki, illər ötsə belə, 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. Xalqımız “Şanlı Zəfər” tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Qeyd edək ki, şəhid Hüseyn İsaq oğlu Yusifov 12 iyul 2002-ci ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Sumqayıt şəhər Bülbül adına 2 saylı musiqi məktəbinin məzunu olub. 26 dekabr 2020-ci ildə Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü”  və “Vətən uğrunda” medalları ilə təltif olunub .
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az