Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil alan əcnəbi tələbələr ağacəkmə kampaniyasında iştirak ediblər
SDU-da təhsil alan əcnəbi tələbələr ağacəkmə kampaniyasında iştirak ediblər
Dekabrın 17-də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası keçirilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyin artırılması məqsədilə təşkil olunan ağacəkmə kampaniyasında Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, həmçinin Xarici İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, əcnəbi tələbələr, DP/HTP (Dövlət Proqramı, Hökümətlərarası Təqaüd Proqramı) məzunları və digər qonaqlar iştirak edirdilər.
Ağacəkmə kampaniyasında Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin metodisti Natavan Quliyeva və bir qrup əcnəbi tələbə iştirak etdi. Sonda iştirakçılar xoş təəssüratlarını Təhsil TV əməkdaşlarına bildirdilər və xatirə şəkli çəkdirdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az