Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU rektorluğunun növbəti iclası keçirildi
SDU rektorluğunun növbəti iclası keçirildi
Dekabrın 16-da Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası keçirildi.
SDU-nun rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək iştirakçıları salamladı və gündəlikdə olan məsələləri nəzərə çatdırdı.
2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki kollecin direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər. Bildirdilər ki, 2022-2023-cü tədris ilinin payız semestrinin sessiyasına hazırlıq işləri Tədris Metodiki Mərkəzdə və bütün fakültələrdə davam etdirilir. Bir çox işlər artıq yekunlaşıb. Belə ki, imtahanların gedişinə nəzarət edəcək nəzarətçi koordinatorların siyahısı fakültə dekanlarının təqdimatı əsasında əmrləşdirilib. Bütün fakültələrin imtahan cədvəlləri təsdiq olunaraq elan lövhəsindən asılıb. Alt qruplara təhkim olunmuş tələbələr də imtahan cədvəllərində qeyd olunub. Təkrar imtahanlarda iştirak edəcək tələbələrlə bağlı təqdimatlar mərkəzə təqdim olunub və imtahan cədvəllərində nəzərə alınıb. Fənlər üzrə imtahan sualları və mühazirə materialları fənn müəllimləri tərəfindən tələbələrə çatdırılıb və ixtisas kafedralarının məlumat lövhələrində yerləşdirilib.
Rektor 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında R-55/1 12.12.2022-ci il tarixli Əmrə uyğun olaraq, imtahan sessiyasının təşkilinə nəzarətin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova həvalə olunduğunu bildirdi.
Tədris Metodiki Mərkəzin Statistika və qeydiyyat bölməsinin hesabatı barədə bölmənin müdiri Aybəniz Nurəddinova ətraflı məlumat verdi. Müxtəlif ali məktəblərdən köçürülən tələbələrin şəxsi işlərinin universitetə təqdim olunmasına nəzarət və 2022-2023-cü tədris ilində Sumqayıt Dövlət Universitetinə qəbul olunan tələbələrin şəxsi işlərində çatışmayan sənədlərin qısa müddətdə Statistika və qeydiyyat bölməsinə təqdim olunmasının fakültə dekanlarına tapşırıldığını qeyd etdi.
Sumqayıt Dövlət Universitetində təhsil haqlarının ödənilməsinin vəziyyəti haqqında İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış edərək bildirdi ki, təhsil haqlarının ödənilməsində olan kəsrlər barədə məlumatlar diqqət mərkəzində saxlanılır. Həmin kəsrlərin qısa müddətdə aradan qaldırılmasının təmin olunması istiqamətində fakültə dekanlarına tapşırıq verildi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az