Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb
Əməkdaşlarımız Brandenburq Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb
Dekabr ayının 8-indən 11-ə kimi Almaniyanın Brandenburq Texnologiya Universitetinin prezidenti professor xanım Gesin Qrandenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
Qeyd edək ki, dekabr ayının 8-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev BTU-nin nümayəndə heyətini qəbul etmişdir. Nazir Azərbaycan Texniki Universiteti və Brandenburq Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib, hər iki ali təhsil müəssisəsi arasında imzalanmış magistratura və doktorantura səviyyələrində ikili diplom proqramları haqqında müqavilələrin əhəmiyyətini vurğulayıb.
Brandenburq Texniki Universitetinin prezidenti öz növbəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını bildirib.                    
Dekabrın 10-da AzTU-da SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev, Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayevanın iştirakı ilə BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Silviya Simon və kafedranın assistenti Yuliya Morozova ilə görüş keçirildi. Görüşdə AzTU-nun Elm və innovasiyalar üzrə prorektoru texnika elmləri doktoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Fariz Məmmədov, Tədris hissəsinin müdiri dosent Ərəstun Məmmədov və Xüsusi texnika və texnologiyalar kafedrasının professoru Fariz Əmirov iştirak etdi.     
Görüş zamanı SDU ilə BTU arasında elektrik mühəndisliyi istiqaməti üzrə əməkdaşlığın inkişaf perspektivləri, müştərək tədbirlər proqramı və xüsusilə də beynəlxalq tələbə mobilliyinin mövcud imkanları barədə müzakirələr aparıldı. Hazırda “Alman Akademik Mübadilə Xidməti”nin (DAAD) maliyyə dəstəyi ilə SDU-nun müxtəlif ixtisas və təhsil səviyyələrindən olmaqla 15 tələbənin “Almaniya mədəniyyəti təhsili və həyatı ilə tanışlıq” mübadilə proqramına müraciət olunmuşdur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az