Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tələbələri üçün “#codeforfuture” layihəsinin məlumatlandırma sessiyası keçirildi
Sumqayıt Dövlət Universitetinin tələbələri üçün “#codeforfuture” layihəsinin məlumatlandırma sessiyası keçirildi
Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin Code Academy ilə birgə həyata keçirdiyi #codeforfuture layihəsinin Sumqayıt Dövlət Universitetinin tələbələri üçün məlumatlandırma sessiyası keçirildi.
Tədbiri SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev açaraq tədbir iştirakçılarını salamladı, layihənin rəhbəri Fərid Əsədlini və koordinator Səma Abdalovanı onlara təqdim etdi. 60 illik yubileyini təntənəli surətdə qeyd edən Sumqayıt Dövlət Universitetinin tədbirlərinin ilin sonunadək davam edəcəyini qeyd edərək bu gün keçirilən tədbirin də bu qəbildən olduğunu vurğuladı və universitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Layihənin tələbələr üçün əhəmiyyətinə, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsinə, ölkə başçısı cənab İlham Əliyevin təhsilə diqqət və qayğısının daim hiss olunduğuna diqqəti çəkərək, ali təhsil sahəsində qarşıya qoyulan vəzifələrdən irəli gələrək Elm və Təhsil Nazirliyinin Code Academy şirkəti ilə birgə həyata keçirdiyi #codeforfuture layihəsinin yüksəkixtisaslı kadrların yetişdirilməsində müsbət nəticələrin əldə olunacağına əminliyini bildirdi.
Sonra layihə barədə daha müfəssəl məlumatların tələbələrə çatdırılması üçün söz layihə rəhbəri Fərid Əsədliyə verildi.
O da öz növbəsində layihənin bu günə kimi olan fəaliyyətindən, əldə olunan nailiyyətlərdən, necə qoşulmaq, tələbələrin müasir proqramlaşdırma dilləri, sistem və şəbəkə admnistratoru və digər IT mütəxəssislərinə lazım olan biliklərə yiyələnmələri, Code Academy diplomlarını necə əldə etmələri və s. barədə təqdimatla geniş məlumat verdi. Böyük maraqla qarşılanan təqdimat tələbələrin çoxsaylı sualları ilə yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az