Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyi münasibətlə bir qrup əməkdaş rektor tərəfindən Fəxri fərmanla təltif olundu
SDU-nun 60 illik yubileyi münasibətlə bir qrup əməkdaş rektor tərəfindən Fəxri fərmanla təltif olundu
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə rektor professor Elxan Hüseynovun K-116/3 saylı 17 noyabr 2022-ci il tarixli Əmri ilə bir qrup əməkdaş universitetin ictimai həyatında fəal iştiraklarına, fərdi əmək müqavilələrinin şərtlərini keyfiyyətlə yerinə yetirdiklərinə görə Fəxri fərmanla təltif olundular.
Dekabrın 1-də təltif olunan əməkdaşların mükafatlandırma mərasimi keçirildi.
Tədbirdə çıxış edən rektor professor Elxan Hüseynov professor-müəllim heyətini bir daha yubiley münasibətilə  təbrik etdi və universitet kollektivinə ölkə həyatının müxtəlif sahələrinin yüksəksəviyyəli mütəxəssislərlə təmin olunması yönündəki məsul və səmərəli fəaliyyətlərində uğurlar arzuladı. SDU-nun keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışan rektor bildirdi ki, təməli 1962-ci ildə qoyulan Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçərək bu gün ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Bu ali təhsil müəssisəsi Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayır. Sumqayıt Dövlət Universiteti nüfuzlu elm və təhsil ocağı olmaqla bərabər, həm də güclü mədəniyyət mərkəzidir.
Rektor qeyd etdi ki, universitetin nailiyyətlərini yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev imzaladığı Sərəncamlarla universitetin bir qrup əməkdaşını “Əməkdar müəllim” Fəxri adına və “Tərəqqi” medalına layiq görmüşdür. Bu da kollektivimizə dövlət qayğısının bariz nümunəsidir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə müəllim, alim əməyinə, elmə, tədrisə, təhsilə münasibət dövlətin əsas prioritetlərindəndir.
Bu 60 illik yubiley günlərində müəllim əməyini yüksək qiymətləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha professor-müəllim, tələbə heyəti adından dərin minnətdarlığını çatdıran professor Elxan Hüseynov kollektivin hər bir üzvünü səmimi qəlbdən təbrik etdi. 
Sonra mükafatlandırılma mərasimi keçirildi və rektor professor Elxan Hüseynov Fəxri fərmanları öz sahiblərinə təqdim etdi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az