Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektoru Təhsilin İnkişaf Fondunun tədbirində iştirak etdi
SDU-nun prorektoru Təhsilin İnkişaf Fondunun tədbirində iştirak etdi
Noyabrın 25-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişaf Fondunun təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində Türk Eğitim Derneği (TED) Universitetinin rektoru İhsan Sabuncuoğlu ilə görüş keçirildi.
Görüşün məqsədi beynəlxalq arenada nüfuzlu elm adamlarının Azərbaycan ali təhsil məkanında təhsil idarəçiləri, yerli universitetlərin elmi-pedaqoji heyəti ilə təhsildə yeniliklər və innovasiyalar barədə fikir mübadiləsinin aparılması və bu sahədə təcrübənin bölüşdürülməsi idi.
Tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.
Daha sonra İ.Sabuncuoğlu “Ali təhsildə dəyişikliklər: yeni tendensiya və tətbiqlər” mövzusunda, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “TİF Ali təhsil üzrə strateji fəaliyyət istiqamətləri” mövzusunda geniş təqdimatla çıxış etdilər. Təqdimatlardan sonra görüş sual-cavab sessiyası və müzakirələrlə davam etdi.
Sumqayıt Dövlət Universitetindən seminarda Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev iştirak edirdi. 
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, publik-hüquqi şəxs kimi yaradılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az