Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi
Noyabrın 25-də İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə dəstəyi ilə “Şuşa İli”nə həsr olunmuş “Fakültənin intellektləri” adlı bilik yarışı keçirildi.
Bilik yarışında iştirak edən fakültənin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək yarışın keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, istedadlı  gənclərin aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi  və rəğbətləndirilməsində bilik  yarışlarının  mühüm əhəmiyyəti var. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin tələbələri  bilik yarışlarında uğurla iştirak edərək ölkə təhsilinə öz töhfələrini verirlər.
Dekan bilik yarışının təşkilinin tariximizi araşdırmaq və öyrənmək baxımından yüksək əhəmiyyət kəsb etdiyini, 2022-ci ilin “Şuşa İli”nin elan edilməsinin ölkə başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətinə və mədəni-mənəvi dəyərinə verilən qiymətin təzahürü olduğunu diqqətə çatdırdı. 
Sonra müxtəlif mövzuları əhatə edən bilik yarışı iki  mərhələdən ibarət olmaqla fərqli formatlarda -  birinci mərhələdə 30 nəfər könüllü tələbənin iştirakı ilə test-yazılı formatda keçirildi. 30 sual şifahi olaraq səsləndirildi. İkinci mərhələdə isə əvvəlki mərhələdə iştirak edən tələbələr arasından seçilən ilk 15 nəfər turnirdə iştirak etdi. Onların arasından qaliblər müəyyənləşdirildi.     
Qeyd edək ki, “Fakültənin intellektləri” layihəsi çərçivəsində yarışda iştirak edən 5 nəfər tələbə diplom və sertifikatla mükafatlandırılacaq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az