Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şəhid məzun Elnur Səmədovun ailəsi ziyarət olunub
Şəhid məzun Elnur Səmədovun ailəsi ziyarət olunub
Noyabrın 19-da Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Tərbiyə işləri üzrə dekan müavini Səbinə Əliyeva və Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Səkinə  Babayeva 12 sentyabr 2022-ci il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Elnur Səmədovun ailəsini  ziyarət ediblər.
Ziyarət zamanı şəhidin ailəsi ilə həmsöhbət olan Səbinə Əliyeva şəhid ailəsinə elmi-pedaqoji heyət adından ehtiramını və təşəkkürünü bildirib. Sonra Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar universitetin şəhid və qazi tələbələrinə həsr edilmiş “Yaddaşlara yazılan talelər” kitabı  şəhid Elnur Səmədovun həyat yoldaşı Aynur xanıma təqdim olunub.
Qeyd edək ki, Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində anadan olub. 2005-2006-cı tədris ilində Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması ixtisasının əyani şöbəsinə qəbul olub və 2009-cu ildə həmin ixtisas üzrə məzun olub. Elnur Səmədov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli olan şəhidimizin özündən sonra bir oğlu və bir qızı yadigar qalıb. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az