Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələri üçün məlumatlandırma sessiyasında iştirak etdilər
Nümayəndələrimiz cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələri üçün məlumatlandırma sessiyasında iştirak etdilər
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələri üçün məlumatlandırma günü təşkil edildi.
Məlumatlandırma gününün məqsədi cari və növbəti ildə akkreditasiyası planlaşdırılan ali təhsil müəssisələrinə prosesə dair ətraflı məlumat vermək və onların suallarını cavablandırmaqdan ibarət idi.
Təşkil edilən məlumatlandırma sessiyasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov və müvafiq struktur bölmə rəhbərləri, eləcə də 13 ali təhsil müəssisəsindən 40-dan çox inzibati heyət iştirak edirdi.
Görüşdə Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov akkreditasiya prosesinə dair təqdimatla çıxış etdi. 
Görüşün sonunda iştirakçıların sualları cavablandırıldı.
Qeyd edək ki, məlumatlandırma günündə Sumqayıt Dövlət Universitetini Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova təmsil edirdilər. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az