Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Noyabrın 4-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə bağlı Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə fakültələrarası “Nə? Harada? Nə zaman?”intellektual bilik yarışı keçirildi.
Yarışda universitetin 7 fakültəsinin və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin komandaları iştirak etdi.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı keçirilən yarışın əhəmiyyətini qeyd edərək gənclərin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verir.
Komandalar 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə apardılar. Bilik yarışında komandalar ədəbiyyat, iqtisadiyyat, torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və Zəfər tarixi, Qarabağa böyük qayıdış planının icrası ilə bağlı mövzuları, o cümlədən Sumqayıt Dövlət Universitetinin tarixi inkişaf yolunu əhatə edən sualları cavablandırdılar. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alındı və qiymətləndirildi.
Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, Mühəndislik fakültəsinin komandası ikinci, Sumqayıt Dövlət Texniki Kollecinin komandası isə üçüncü yerə layiq görüldülər.
Sonda qalib komandaya kubok, Fəxri fərman digər iştirakçılara isə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az