Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
SDU-nun fakültələrində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən xalqımızın qüdrətinə və milli qürurunun təntənəsinə çevrilən, bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə "Zəfər Günü" ölkə səviyyəsində təntənəli şəkildə qeyd olunur. Sumqayıt Dövlət Universitetində də silsilə tədbirlər keçirilir.
Noyabrın 4-də İqtisadiyyat və idarəetmə, Mühəndislik, Tarix və coğrafiya və Filologiya fakültələrində keçirilən tədbirlərdə fakültə dekanları çıxış edərək 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Böyük Zəfərdən, onun tarixi əhəmiyyətindən danışdılar. Bildirdilər ki, çoxəsrlik tariximizin ən şərəfli səhifəsi olan Zəfər tariximiz Dəmir Yumruq ətrafında birləşən xalqımızın milli ruhunu, dövlətimizin, ordumuzun gücünü və millətimizin həmrəyliyini dünyaya bir daha nümayiş etdirdi.  Biz bu Qələbəni bizə yaşadan qətiyyətli Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza, şəhid və qazilərimizə borcluyuq.
Tədbirlərdə çıxış edən natiqlər bildirdilər ki, xalqımız öz doğma torpaqlarımızdan düşməni qovaraq tarixi missiyamızı yerinə yetirdi, ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Bu barədə Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi fikirlərlə desək ,"Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”
Tədbirlərdə onu da əlavə etdilər ki, biz bu gün "Zəfər Günü"nü öz əzəli torpaqlarımızda, Şuşada, Cıdır düzündə fəxarətlə qeyd edirik.
Tədbirlərdə tələbələrin ifalarında vətənpərvər ruhlu şeirlər səsləndirildi, Zəfər yolunu əks etdirən videoçarxlar nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az