Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Mənim doğma universitetim” mövzusunda tələbələr arasında rəsm və əl işləri müsabiqəsi keçirildi
“Mənim doğma universitetim” mövzusunda tələbələr arasında rəsm və əl işləri müsabiqəsi keçirildi
Noyabrın 2-də Sumqayıt Dövlət Universitetinin yaradılmasının 60 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, tələbələr arasında “Mənim doğma universitetim” mövzusunda rəsm və əl işləri müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd SDU-nun  tarixi yolunu göz önünə gətirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların  ideya və baxışlarını əks etdirməklə bacarıqlarını inkişaf etdirmək və motivasiya etməkdir.
Sərgidə  tələbələrin rəsm və əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunurdu. Bu əsərlərin hər biri özünəməxsus rəng çaları, ideya və mövzu etibarilə diqqəti cəlb edirdi və rəsmlərin məzmunu universitet həyatını əks etdirirdi.
Rektor professor Elxan Hüseynov çıxış edərək 60 yaşlı universitetin tarixinə nəzər saldı. Universitetdə görülən işlər, mübadilə proqramları, yeniliklər, strateji inkişaf planı, ali məktəbin tədris, elmi tədqiqat, beynəlxalq əlaqələri istiqamətindəki fəaliyyəti, aparılan islahatlar və ali təhsil müəssisəsinin inkişaf mərhələlərindən danışdı. Bildirdi ki, yarandığı vaxtdan etibarən Sumqayıt Dövlət Universiteti üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün ixtisaslı kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Yubiley ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən rektor tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət müsabiqəni  də yüksək qiymətləndirdi.
Sonda  Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamı, “Tərəqqi” medallı Nizami Dadaşov, teatrın rəssamı “Tərəqqi” medallı Arif Müzəffərov və universitetin Klubunun tərtibatçı rəssamı Sübhanə Məmmədli 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə tələbələrin əl işlərini qiymətləndirdilər.
Müsabiqənin nəticəsinə görə, I yerə Mühəndislik fakültəsinin 4-cü kurs tələbəsi Ceyran Məmmədova, II yerə Mühəndislik fakültəsinin 2-ci kurs tələbəsi Aytac Məmmədova,  eləcə də Tarix və coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Səbinə Quliyeva, III yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Kəmalə İbişli layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az