Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Riyaziyyat fakültəsinin bir qrup müəllim və tələbəsi Hərbi Qənimətlər Parkına ekskursiya ediblər
SDU-nun Riyaziyyat fakültəsinin bir qrup müəllim və tələbəsi Hərbi Qənimətlər Parkına ekskursiya ediblər
Oktyabrın 29-da Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin bir qrup müəllim və tələbəsi qarşıdan gələn 8 Noyabr ‒ Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkına ekskursiya etdilər.
Tələbələr Vətən müharibəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü, Ermənistan Silahlı Qüvvələrinə məxsus tank,"Qrad" qurğuları, top, müxtəlif hərbi texnika və sursatlarla tanış oldular. 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanmış lövhə tələbələrin xüsusi marağına səbəb oldu.Tarixi Zəfərin nümayişi baxımından və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı dövlətimizin gücünü, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, tarixi Qələbəmizi bir daha dünyaya sübut etdi.
Qeyd edək ki, sərgilənən 300-dən çox eksponat, 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlarAzərbaycan Ordusu tərəfindən götürülən qənimətin, hərbi texnikanın bir qismidir.Təqdim edilən eksponatlarla, həmçinin 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlarla tanışlıq tələbələrdə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan yaradıb.
Sonda tələbələr təəssüratlarını bölüşdülər və “Qarabağ Azərbaycandır!” lövhəsi qarşısında xatirə şəkli çəkdirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az