Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Türkiyə Cümhuriyyətinin 99-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdilər
SDU-nun əməkdaşları Türkiyə Cümhuriyyətinin 99-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdilər
Oktyabrın 29-da Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş təntənəli ziyafət baş tutmuşdur. Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə  Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Hərbi prokuror Xanlar Vəliyev, Milli Məclisin sədrinin müavinləri və deputatlar, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ali təhsil müəssisələrinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı açaraq qonaqları salamladı. Türkiyə və Azərbaycanın əbədi qardaşlığından söz açan səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq: “Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş, texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik” ‒ deyə, bildirdi.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova hökümət adından Prezident cənab İlham Əliyevin qardaş Türkiyə xalqına cümhuriyyət bayramı münasibətilə ünvanladığı təbrik məktubunu oxuyaraq bildirdi ki: “Türkiyə qlobal məsələlərdə hər zaman balanslı və ədalətli mövqe nümayiş etdirir. Onun bu mövqeyi dünyada sabitləşdirici rol oynayır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana dəstəyi bir daha göstərdi ki, biz tək deyilik, Türkiyə və onun xalqı hər zaman bizimlə birlikdədir. Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Xüsusən qeyd edilməlidir ki, Türkiyə Respublikasının Prezidenti, böyük siyasət və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə Respublikası beynəlxalq aləmdə böyük nüfuz sahibidir.”
Tədbir bədii proqramla müşayiət olunan ziyafətlə davam etdirildi.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev, eləcə də Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az