Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirildi
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirildi
SDU-nun Elmi hissəsinin müdiri dos. Samir Kamal oğlu Orucov 27 oktyabr 2022-ci il tarixində Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin konfrans zalında keçirilən “Elmi nəşrlərə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə görüş”də iştirak etdi. Tədbirdə aşağıdakı məslələr müzakirə olundu:
1. Yol xəritəsinin icrası istiqamətində görülmüş işlər;
2. Nüfuzlu jurnallarda dərc olunacaq elmi nəşrlərin stimullaşdırılması məqsədilə yeni müsabiqə layihələrinin təqdim olunması;
3. Tədqiqatyönümlü bacarıqların inkişaf və istinad mədəniyyətinin formalaşdırılması mövzusunda hesabatın təqdim olunması;
4. Tədqiqatçıların xarici dil bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı “Virtual educator” proqramının təqdim edilməsi (Yol Xəritəsinin 14-cü bəndinin icrası çərçivəsində);
5. Elm və ali təhsil müəssisələrində diferensial əməkhaqqı sistemi, Elmi nəşrlərin stimullaşdırılması məqsədilə Türkiyə təcrübəsi ilə bağlı hesabatın təqdim edilməsi (Yol Xəritəsinin 20 və 24-cü bəndlərinin icrası çərçivəsində);
6. Yol Xəritəsiin icrasında qeyri-dövlət sektorunun dəstək tədbirləri və yeni təşəbbüslər (Yol Xəritəsinin 1-14-cü və 17-18-ci bəndlərinin icrası çərçivəsində);
7. Elm və ali təhsil müəssisələrinin elmi-tədqiqat sahəsində  fəaliyyətinin strateji planlaşdırılmasının üşildənbir həyata keçirilməsinə imkan verən konsepsiya sənədinin hazırlanması istiqamətində görülən işlər;
8. 2023-cü il elmi nəşrlərlə bağlı altqrupun prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və növbəti ilin Yol Xəritəsinin hazırlanması ilə bağılı təşkilati məsələlərin razılaşdırılması.
Məruzələrdən sonra sözügedən mövzular ətrafında geniş müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova, İqtisadiyyat Nazirliyi İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova; Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri Elşən Bağırzadə, Ekvita şirkətinin partnyoru Fərid Baxşıyev, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Turxan Süleyman və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində universitetlərin rəhbər əməkdaşları bu barədə öz fikirlərini bildirdilər. Dos. S.K. Orucov öz çıxışında SDU-da universitetin rəqabət qabiliyyətinin artırılması, SDU-nun “Elmi xəbərlər” jurnalının beynəlxalq bazalara daxil edilməsi və tələbələrin innovativ fəaliyyətinin dəstəklənməsi istiqamətində  görülən işlər, o cümlədən cari ilin aprel ayında universitetin bir qrup əməkdaşının Türkiyə Cümhuriyyətinə ezam olunması və ezamiyyə proqramı çərçivəsində Texnopark İstanbul, Bilişim Vadisi, İTU ARI Texnokent, Bursa Uludağ Universitetinin və Bursa Texniki Universitetinin Teknoparklarını ziyarət edilməsi, universitetdə müasir innovativ texnoparkın yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübə toplanması haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitetin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması üçün SDU-nun rektoru prof. E.B.Hüseynovun 27.05.2022-ci il tarixli R-29/1 nömrəli əmri ilə İYM - nın yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə İşçi qrupu, Mentor qrupu və Ekspert qrupu yaradılmış, İşçi qrupunun Fəaliiyət planı təsdiq edilmiş və bu istiqamətdə nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi davam etdirilir.
Tədbirin sonunda bu cür görüşlərin mütamədi keçirilməsinin məqsədəuyğun hesab olunduğu diqqətə çatdırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az