Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Oktyabrın 28-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodiki dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi.
Kitab təqdimatında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Elmi kitabxananın müdiri Nailə Əmrahova giriş sözü ilə çıxış edərək bildirdi ki, kitabxana hər bir xalqın xəzinəsi, maarif işığıdır. Bu baxımdan yeni nəşrlərin kitabxanamızın sistem bazasına daxil edilməsi SDU-nun tələbə və əməkdaşlarının istifadəsi üçün mühüm əhəmiyyət kəsb edəcək.
Daha sonra Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək iqtisadi biliklərin geniş səpgidə yayılması məqsədilə nəşr olunmuş metodiki dərs vəsaitlərinin əhəmiyyətini vurğuladı. Bu kimi dərs vəsaitlərinin iqtisadiyyat elminə dəyərli töhfə olacağını bildirən dekan müəllifləri təbrik etdi və yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü ifadə etdi.
Çıxış edən müəlliflər təqdimat mərasiminin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər və sərgilənən kitablarda əhatə olunan mövzulardan danışdılar.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az