Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və SOCAR nümayəndələri arasında görüş keçirilib
SDU və SOCAR nümayəndələri arasında görüş keçirilib
Oktyabrın 26-da Sumqayıt Dövlət Universitetinin (SDU) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri arasında SOCAR-ın Baş Ofisinin inzibati binasında görüş keçirilib.
Görüş zamanı SOCAR-ın ödənişli və ödənişsiz istehsalat təcrübə proqramları barədə məlumat verilib, SDU-nun laboratoriyalarının müasir qurğularla təchiz edilməsi məsələsi müzakirə olunub.
Görüşdə həmçinin SDU-nun gələcək prioritet layihələri, o cümlədən yaxın zamanlarda açılışı nəzərdə tutulan İnnovasiya Yaradıcılıq Mərkəzi haqqında danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az