Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın ilk iclası keçirildi
Elmi şuranın ilk iclası keçirildi

Oktyabrın 2-də Elmi şura səs çoxluğu ilə işə başladı.
İclası girişsözü ilə açan sədr Elxan Hüseynov şura üzvlərini salamladı və universitetimizdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışdı.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov  2014/2015-ci tədris ilinin yay semestrinin nəticələri, Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov, Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynov 2014/2015-ci tədris ilində bakalavr təhsil sistemi üzrə təhsil alan tələbələrin istehsalat və çöl təcrübələrinin və magistrantların elmi-tədqiqat təcrübələrinin və magistrantların elmi-tədqiqat təcrübələrinin nəticələri haqqında hesabat verdilər.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov universitetimizin “Elmi Xəbərlər”inin beş illik fəaliyyəti haqqında məlumat verdi və jurnalın   səmərəliliyinin yüksəldilməsi, müntəzəm, ardıcıl  nəşrinin təmin edilməsi  məqsədi ilə  aparılan işlərindən danışdı.
Rektorun məsləhətçisi, dosent Ulduz Ağayev “Azərbaycan üçün    mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” TEMPUS layihəsinin yekunu haqqında  məruzəsi Elmi şura üzvlərinin diqqətinə çatdırıldı.
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Şəfaət Rəhimov Sumqayıt Dövlət Universitetində tədris prosesində yeni əyani vəsaitlərdən istifadənin vəziyyəti barədə məruzə etdi və  qərara alındı ki, tədris prosesində müasir əyani vəsaitlərdən istifadənin səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə ayrı-ayrı fakültələr üzrə  professor-müəllim heyəti üçün əyani vəsaitlərdən istifadə kursları təşkil edilsin və onların həmin kurslara cəlb edilməsi təmin edilsin. Professor-müəllim heyətinin yeni əyani vəsaitlərdən istifadəsinin səviyyəsi 2015-2016-cı tədris ilinin payız semestrinin sonunda yenidən yoxlanılması müvafiq komissiyaya tapşırılsın.
SDU-nun rektoru, professor  Elxan Hüseynov 2014/2015-ci tədris ili üçün Sumqayıt Dövlət Universitetinə bakalavr və magistratura səviyyələri üzrə qəbulun nəticələri və yeni dərs ilində qarşıda duran vəzifələr barədə  müzakirə apardı. Sumqayıt şəhərinin inkişaf perspektivləri və əmək bazarının müasir tələbləri nəzərə alınmaqla 2016-2017-ci tədris ili üçün universitetə yeni ixtisasların alınması məqsədi ilə fakültə dekanları və uyğun strukturların təkliflər hazırlasınması barədə göstəriş verdi.
Adlı təqaüdlərin  müzakirəsində  Riyaziyyat fakültəsinin III kurs tələbəsi Lamiyə Məmmədova  Heydər Əliyev və Filologiya fakültəsinin tələbəsi Aytən Cəfərova isə Nizami Gəncəvi adına təqaüdə layiq görülməsi qərara alındıMüsabiqələrin keçirilməsi və elmi adların verilməsinin müzakirəsi zamanı Ələsgər İsgəndərovun “İnformatika” kafedrası üzrə professor elmi adının verilməsinə dair Ali Attestasiya Komissiyası qarşısında vəsatətin qaldırılması yekdilliklə qəbul olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az