Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olundu
SDU-nun 60 illik fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olundu
Oktyabrın 18-də Böyük Akt zalının foyesində Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar universitetin müxtəlif dövrlərdə fəaliyyətini əks etdirən fotosərgi təşkil olundu.
Professor-müəllim və tələbə heyətinin iştirak etdiyi sərgidə universitet yarandığı dövrdən bu günədək keçdiyi inkişaf yolu, tədbirlər, görüşlər, əməkdaşlıqları və s. fotolar nümayiş olundu.
Sərgidə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov tədbir iştirakçılarını salamladı, SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, 1962-ci ildə yaradılan Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçərək bu gün ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir. Universitet fəaliyyət göstərdiyi dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib.
Universitetin çoxşaxəli fəaliyyətini geniş nümayiş etdirən fotosərgi iştirakçıların böyük marağına səbəb oldu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az