Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Sosial işin təşkilinə dair təlim keçirildi
SDU-da Sosial işin təşkilinə dair təlim keçirildi
Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin  dəstəyi, Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkilinə dair təlim keçirildi.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək qonaqları və iştirakçıları salamladı, ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, gender əsaslı zorakılığa qarşı geniş maarifləndirmə işlərinin aparılmasının və bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğuladı.
Sosial İş İctimai Birliyinin icraçı direktoru Sənan Ağayev çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verdi, Azərbaycanda həyata keçirilən gender siyasəti haqqında danışdı. Bildirdi ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar, xüsusilə qanunvericilik bazasının formalaşdırılması ölkəmizdə demokratik cəmiyyətin qurulmasına böyük töhfələr verib. Sənan Ağayev diqqətə çatdırdı ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün zəruri hüquqi baza mövcuddur və bu birinci növbədə ali sənəd olan konstitusiyada öz əksini tapmışdır. Bundan əlavə, Azərbaycanın tərəfdar çıxdığı və qoşulduğu beynəlxalq sənəd və konvensiyalar da bu sahədə yaradılan hüquqi bazanın əsasını təşkil edir.               
ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə İş Departamentinin müdir müavini Sara Ağayeva “Gender anlayışı; Gender əsaslı zorakılıq zamanı sosial dəstək və sosial reabilitasiya”, Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-ün Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin psixoloqu Əminə Əliyeva “Gender əsaslı zorakılığa məruz qalmış insanların aldığı psixoloji travmalar, travmaların yaratdığı psixi pozuntular, diaqnostikası və istifadə olunan terapiya metodları” mövzularında çıxış edərək gender əsaslı zorakılığa məruz qalmış şəxslərə sosial-psixoloji yardımın göstərilməsində diqqət edilməli olan etik qaydalardan danışdılar və tələbələrə maarifləndirici məlumatlar verdilər.
Tədbir diskussiya şəraitində davam etdi, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az