Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Azərişıq” ASC-nin Tədris Mərkəzinin nümayəndələrinin tələbələr ilə görüşü keçirildi
SDU-da “Azərişıq” ASC-nin Tədris Mərkəzinin nümayəndələrinin tələbələr ilə görüşü keçirildi
Oktyabrın 11-də  Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında   "Azərişıq" ASC-nin Tədris Mərkəzinin nümayəndələri ilə Fizika və elektroenergetika, Mühəndislik, eləcə də Kimya və biologiya  fakültələrinin mühəndislik ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar  Xəlilov açaraq, iştirakçılara universitetin rektoru professor Elxan Hüseynovun salamını çatdırdı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan Respublikasında ölkə iqtisadiyyatını və əhalisini elektrik enerjisi ilə təmin edən güclü enerji sistemi mövcuddur. Çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində indi ixtisaslı kadrlara ehtiyac var. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır. Bu istiqamətdə ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramları uğurla icra olunur, yeni nəsil mütəxəssislər yetişdirilir. Bu baxımdan Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə müəyyən işlər görülmüşdür. Belə ki, SDU-nun Elektromexanika kafedrasının “Azərişıq”ASC-nin Tədris Mərkəzində açılmış filialında tələbələr müəyyən laboratoriya dərslərini aparır və gənc mütəxəssis kimi “Azərişıq” ASC-də işlə təmin olunurlar.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə müəllim və tələbə heyətini salamladı və təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışaraq bildirdi ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması “Azərişıq” ASC-nin Tədris Mərkəzinin başlıca prioritetidir. Bu məqsədlə qurulan hər bir əlaqə, imzalanan hər bir müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Araz Məmmədzadə onu da diqqətə çatdırdı ki, müəssisə və universitet arasında imzalanan əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verir.
Araz Məmmədzadə  həmçinin “Azərişıq” ASC-nin strateji inkişaf planından danışdı və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verdi.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “İşıqlı Qarabağ” filmi nümayiş olundu.
Tədbirdə həmçinin “Azərişıq” ASC ilə SDU arasında sıx əməkdaşlıqdan danışıldı. Bu məqsədlə tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verildi.
Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az