Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbə heyəti İkinci fəxri xiyabanı ziyarət edib
İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbə heyəti İkinci fəxri xiyabanı ziyarət edib
Oktyabrın 8-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi İkinci Fəxri xiyabanı ziyarət edib.
Əvvəlcə  ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidlərimizin məzarları ziyarət olunub və  üzərinə gül dəstələri düzülüb.
Fakültənin məzunu olmuş şəhid Rəşad İlham oğlu Mikayılzadənin xatirəsi anılmış, müəllimləri onun tələbə olduğu dövrdəki nümunəvi davranışlarından söhbət açmış və ziyarətdə iştirak edən I kurs tələbələrinə şəhidin həyat yolu haqqında məlumat vermişlər.
Çıxış edən natiqlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canlarını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildirdilər. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiyini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğuladılar.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az