Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Mənim universitetim” adlı tədbir keçirildi
SDU-da “Mənim universitetim” adlı tədbir keçirildi
Oktyabrın 7-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tərkibində fəaliyyət göstərən Kitab klubunun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin 60-cı ildönümünə həsr olunmuş “Mənim universitetim” adlı tədbir keçirildi. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı və SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayır. Prorektor elmin insan həyatındakı dəyəri, kitab oxumağın üstünlükləri, universitetimizin tələbələrə göstərdiyi qayğı və diqqət, tələbələrin və gənclərin universitetin, cəmiyyətin həyatında oynadığı rolu haqqında bəhs etdi.
Tarix və coğrafiya fakültəsinin Təlim-tərbiyə işləri üzrə dekan müavini, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Fəridə Cəbrayılova  SDU-da görülən işlər, universitet rəhbərliyinin tələbələrə verdiyi dəyər və yaratdığı əlverişli şərait haqqında çıxış etdi.
Tələbə Gənclər Təşkilatının sədri, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Elmin Novruzlu təşkilatın fəaliyyəti, həyata keçirilən tədbirlər, keçiriləcək proqramlar barədə, Kitab klubunun sədri Ləman Dövlətova isə klubun yaranması, gənclərin həyatında mütaliənin rolu haqqında məlumat verdilər.
Fizika və elektroenergetika faküləsinin III kurs tələbəsi Aytən Mürsəlzadə və Riyaziyyat faküləsinin III kurs tələbəsi Zəhra Hüseynli “Mənim universitetim” adlı məruzələrlə çıxış etdilər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az