Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Oktyabrın 7-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Fizika və elektroenergetika fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodiki dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi.
Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti
iştirak etdilər. Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək bildirdi ki, yeni nəşrlərin kitabxanamızın sistem bazasına daxil edilməsi SDU-nun tələbə və əməkdaşlarının istifadəsi üçün əhəmiyyət kəsb edəcək.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova fakültənin son elmi-tədqiqatlarının nəticəsi olan yeni elmi monoqrafiya, dərslik və dərs vəsaitlərinin aktuallığından bəhs edərək vurğuladı ki, sərgiyə 30 adda 85 kitab təqdim olunub. Bu dərs vəsaitlərindən ali təhsil müəssisələrində eyni adlı fənnin tədrisi ilə məşğul olan müəllimlər, tələbələr, dövlət və özəl təşkilatlarda müxtəlif sahələrdə çalışan, yazışma və kargüzarlıqla məşğul olan mütəxəssislər və bütövlükdə geniş oxucu auditoriyası istifadə edə bilər. Bu dərslik, dərs vəsaitlərinin fizika və elektroenergetika elminə dəyərli töhfə olacağını bildirən dekan müəllifləri təbrik etdi və yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Çıxış edən müəlliflər təqdimat mərasiminin təşkilində əməyi olanlara minnətdarlıqlarını ifadə etdilər, yeni nəşrlərin ərsəyə gəlməsindən, burada əhatə olunan mövzulardan danışdılar.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az