Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İDEYANI REALLAŞDIR 2022” MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
“İDEYANI REALLAŞDIR 2022” MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ ELAN OLUNDU
Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7‒27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edildi.
Layihə qəbulu müddətində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilərək “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə 178 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul olundu.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti üzrə Kimya və biologiya fakültəsinin tələbəsi, Tələbə Həmkarlar İttifaqı komitəsinin fakültə üzrə sədri Anar Güllərli “Zərərli vərdişlərə yox deyək!” layihəsi və SDU üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Şəfa İsayeva “Alternativ resurslar” layihəsi ilə qalib oldular.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az