Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup əməkdaşı təhsil sərgisinə qatıldı
SDU-nun bir qrup əməkdaşı təhsil sərgisinə qatıldı
Oktyabrın 1-dən 2-dək Fransanın Ali Təhsilin Təşviqi üzrə milli Agentliyi olan “Campus France”Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada təhsil” adlı sərgi-yarmarkası keçirildi.
Tədbirin əsas məqsədi yerli universitetlərlə iştirakçı xarici universitetlər arasında əməkdaşlıq üçün şərait yaratmaq idi.
Görüşü Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov açaraq, tədbirin əhəmiyyətindən danışdı. Daha sonra Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros Avropa universitetləri ilə Azərbaycan ATM-lərinin gələcək tərəfdaşlığında belə sərgilərin xüsusi rolu olduğunu vurğuladı.
Sərgi-yarmarkanın ilk günü Avropa universitetləri şəbəkələşmə imkanlarını genişləndirmək məqsədilə təşkil olunmuş rəsmi işgüzar ziyafətdə Almaniya, Belçika, Çexiya, Estoniya, Fransa, İspaniya, İsveç, İtaliya, Macarıstan və Portuqaliya üzrə 20 universitetin nümayəndələri ilə yerli universitetlərin beynəlxalq əməkdaşlıq sahəsinə məsul struktur rəhbərlərinin iştirakı nəzərdə tutulurdu.
Sərgidə Azərbaycan ATM-lərindən Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti, Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin aidiyyəti üzrə nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, sərgidə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, şöbənin baş metodisti Aysel Eminova və bir qrup tələbə heyəti iştirak etdilər. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az