Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektoru Şərq Tərəfdaşlıq Ölkələri Konfransında iştirak etdi
SDU-nun prorektoru Şərq Tərəfdaşlıq Ölkələri Konfransında iştirak etdi
Sentyabrın 28-i və 29-u JW Marriot Hoteldə GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə V Şərq Tərəfdaşlığı E-İnfrastrukturlar konfransı (“EaPEC 2022”) keçirildi.
Avropa ölkələrinin təhsil sahəsində siyasət yürüdənlərini, ali təhsil müəssisələri rəhbərlərini, alim və mütəxəssisləri bir araya gətirən bu tədbir Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşmışdır.
Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü 2009-cu ilin may ayında Praqada keçirilən seminarda Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. ŞT təşəbbüsü Avropa Qonşuluq Siyasəti çərçivəsində “Şərq tərəfdaşları” kimi istinad edilən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın Aİ ölkələri ilə mövcud əməkdaşlığının ikitərəfli gücləndirilməsini və çoxtərəfli formatda davam etdirilməsini nəzərdə tutur.
Konfransda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, GEANT-ın baş direktoru Erik Hayzer, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet, “EapConnect” layihəsinin meneceri İrina Metyu, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, konfransın təşkilat komitəsinin üzvləri, seksiya iclaslarının moderatorları və Azərbaycan ali təhsil müəssisələrinin inzibati struktur rəhbərləri və digər məsul şəxslər iştirak etdi.
Görüşdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev təmsil edirdi.
 
Mətbuat xidməti

    

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az