Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində Anım Günü qeyd olundu
Riyaziyyat fakültəsində Anım Günü qeyd olundu
Sentyabrın 28-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində “Zəfərə atılan addım” adlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yerləşən xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər.Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Xalidə Həsənova açaraq qeyd etdi ki, hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.
Tədbirdə universitetimizin tələbəsi olmuş I Qarabağ müharibəsində şəhid olan Fuad Əhmədovun anası Marifə Əhmədova, atası I Qarabağ müharibəsi əlili olan Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri Heydərova Məftun, əmisi I Qarabağ müharibəsində şəhid olan fakültənin Həmkarlar İttifaqı Komitəsi üzrə sədri Çiçək Həsənzadə və digər natiqlər çıxış edərək bildirdilər ki, bu gün biz Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlarımız iqtisadi və mədəni həyata qədəm qoydu. Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.
Tədbirdə Riyaziyyat fakültəsinin I kurs tələbəsi qazi Rail Xəlilov keçdiyi şərəfli döyüş yolundan söhbət açdı, müharibədə qazanan qələbənin sevincindən, döyüş xatirələrindən danışdı.
Sonda tələbələrin ifalarında vətənpərvər ruhlu şeirlər səsləndirildi,Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az