Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsində Anım günü ilə bağlı tədbir keçirildi
İqtisadiyyat və idarəetmə fakültəsində Anım günü ilə bağlı tədbir keçirildi
Sentyabrın 27-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Anım günü ilə bağlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültə dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək bildirdi ki, iki il bundan əvvəl sentyabr ayının 27-si şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur.
Tədbirdə Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və digər natiqlər çıxış edərək bildirdilər ki, əsrlər boyu ermənilər azərbaycanlılara qarşı bir sıra vandalizm aktları törətmişlər. Erməni vandallarının azərbaycanlılara bəslədiyi nifrət sərhəd tanımır. Lakin, məğrur xalqımız həmişə düşmənə qarşı inamla vuruşmuş və mübarizə aparmışdır. 27 sentyabrda Ermənistanın növbəti məkrli niyyətinin qarşısı qətiyyətlə alındı. Tarixdə ilk dəfə torpaq itirmədik, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdik. Bu Zəfərdə payı olan bütün əsgərlərimiz, zabitlərimiz bizim qürur yerimizdir. Bizə bu zəfəri bəxş edən şəhidlərimiz daima qəlbimizdə yaşayacaq, onlar heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sonra Vətən müharibəsinin iştirakçıları, qazilər fakültənin 775 saylı qrup tələbəsi Elvin Əliyev, 717 saylı qrup tələbəsi Elmin İbrahimov, 791 saylı qrup tələbəsi olmuş Rəşad Bayramov Vətən müharibəsi günlərində keçdikləri döyüş yollarından bəhs etdilər.
Bildirdilər ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha öz xalqına tanıtdı.
Tədbirdə tələbələrin ifalarında vətənpərvər ruhlu şeirlər səsləndirildi,Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olundu və tələbələrə şəhidlərimiz haqqında bukletlər paylanıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az