Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirildi
SDU-nun Elmi kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirildi
Sentyabrın 27-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Anım Gününə həsr olunan tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun misilsiz qələbəsindən, qısa bir müddətdə torpaqlarımızın işğalçılardan təmizlənməsindən, xalq - ordu birliyindən, lider - xalq sevgisindən, eləcə də möhtərəm Prezidentimiz və Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan ətraflı danışdı. Bildirdi ki, sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir.
Elmi kitabxananın əməkdaşları: Səbiqə Mirzəyeva “Tarix yazan qəhrəmanlarımız”, Nazirə Novruzova “Biz haqq yolundayıq”, Rəqsanə Əbdürəhmanova “Prezident cənab İlham Əliyevin Vətən müharibəsi və ondan sonrakı dövrdə fəaliyyəti” mövzularında çıxış etdilər. Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açdılar. Bildirdilər ki, 30 ildir qisas hissi ilə yaşayan, hər an son döyüş əmrini gözləyən rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə əzmlə döyüşə atıldı. Ölkə rəhbərinin müdrik və qətiyyətli qərarları sayəsində əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz qısa müddət ərzində ildırım sürətli əks-hücum planı ilə uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı bir-birinin ardınca azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan Bayrağı yenidən və əbədi dalğalanmağa başladı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az