Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndə heyəti Almaniyada rəsmi səfərdə oldu
SDU-nun nümayəndə heyəti Almaniyada rəsmi səfərdə oldu
Sentyabrın 19-dan 23-dək  Sumqayıt Dövlət Universitetinin rektorunun müşaviri dosent Zəfər Hüseynov və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri baş müəllim Nərmin Həsənova Almaniyada ezamiyyətdə oldular.
Onlar Düsseldorf şəhərində yerləşən, Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASİİN-ə (Almaniya Beynəlxalq Akkreditasiya Agentliyi) səfər etdilər. Səfərin əsas məqsədi Mühəndislik fakültəsi üzrə 3 təhsil proqramının beynəlxalq akkreditasiyadan keçirilməsi barədə ilkin müzakirələr aparmaq, bununla əlaqədar olaraq akkreditasiya öncəsi prosedurla tanışlıq, özünüqiymətləndirmə hesabatlarının ASİİN qayda və təlimatlarına uyğun hazırlanması idi. ASİİN-nin icraçı direktoru Dr. İring Vasser və agentliyin layihə meneceri Paulina Petraçenko ilə təhsil proqramlarının beynəlxalq akkreditasiyası barədə geniş müzakirələr aparıldı və müvafiq müqavilə hazırlandı. Görüş zamanı özünütəhlil hesabatlarının hazırlanması, agentliyə təqdim edilməsi və beynəlxalq ekspertlərin SDU-ya səfərinin tarixləri dəqiqləşdirildi.
Sentyabrın 21-də SDU-nun nümayəndə heyəti Brandenburq Texniki Universiteti Cottbus-Senftenberqə (BTU) səfər etdi. Görüşdə BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müdiri və Maşınqayırma, elektronika və elektrik sistemləri fakültəsinin dekan müavini prof. Dr. Silvia Simon, universitetin digər akademik heyəti, həmyerlilərimiz, BTU-nun doktorantı İlqar Abbasov və elmi işçisi Daşqın Turabov iştirak etdilər. Məlumat üçün bildirək ki, prof. Dr. Silvia Simon Azərbaycan Texniki Universitetinin də Fəxri doktorudur. Səfər çərçivəsində BTU-nun ən son müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, auditoriyaları ilə tanışlıq oldu. SDU və BTU arasında elm və təhsil sahəsində əməkdaşlıq barədə müzakirələr aparıldı. Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova SDU haqqında geniş videotəqdimatla çıxış etdi.  
Prof. Dr. Silvia Simon SDU-nun tələbələrini yayda Almaniyaya BTU-da təcrübə proqramlarında iştirak etməyə dəvət etdi. SDU nümayəndə heyəti də öz növbəsində prof. Simonu SDU-da mühazirələr aparmağa dəvət etdi. Yaxın günlərdə hər iki universitet arasında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın ətraflı müzakirəsi üçün onlayn formatda görüşün təşkil olunması barədə razılıq əldə edildi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az