Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dövlət Miqrasiya Xidməti ilə ali təhsil müəssisələri nümayəndələrinin görüşü keçirildi
Dövlət Miqrasiya Xidməti ilə ali təhsil müəssisələri nümayəndələrinin görüşü keçirildi
Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrə dair miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə 12 sentyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakı ilə  ənənəvi görüş keçirildi.
Görüşdə yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq ölkəyə gələn əcnəbi tələbələrin sayının artacağını nəzərə alaraq, onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi zamanı qarşıya çıxan problemlər və COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bəzi güzəştlərin ləğvi barədə məlumat verildi, həmçinin bu istiqamətdə ali təhsil müəssisələrinin nümayəndələrinin sualları cavablandırıldı. Təhsil almaq üçün ölkəyə daxil olan əcnəbilərin yalnız təhsil vizası ilə ölkəmizə girişinin təmin edilməsi və əcnəbi tələbələrin Elm və Təhsil Nazirliyinin atis.edu.az portalında qeydiyyatının əhəmiyyəti vurğulandı.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov və həmin şöbənin digər əməkdaşları, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin müvafiq inzibati strukturlarının rəhbərləri də  iştirak edirdi. Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az