Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun ənənəvi formatda iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun ənənəvi formatda iclası keçirildi
Sentyabrın 9-da Sumqayıt Dövlət Universitetində 2022-2023-cü tədris ilinin başlanması ilə bağlı rektorluğun ənənəvi formatda ilk iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb, universitetdə tədrisin ənənəvi formatda təşkili üçün aparılan zəruri işlərdən danışdı.
2022-2023-cü tədris ilinə hazırlığın vəziyyəti barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məlumat verdilər.
Dosent Natiq Talıbov bildirdi ki, SDU-nun bütün fakültələrində dərs yükü bölgüsünün tamamlanması, dərs cədvəllərinin hazırlanması, auditoriyaların, laboratoriyaların və fənn kabinetlərində dərslərin keçirilməsinə hazırlığın bir daha diqqətlə yoxlanılması və nəzərəçarpacaq çatışmazlıqların qısa müddətdə aradan qaldırılması fakültə dekanlarına tapşırılıb. Prorektor onu da qeyd etdi ki, cari tədris ilində SDU-ya tələbə qəbulu kifayət qədər yüksək olmuş, belə ki, proqnoz plana əsasən verilmiş 1490 yerə qarşı 1455 tələbə qəbul olmuşdur, qeydiyyatdan keçmə isə hələ davam edir.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev çıxış edərək qeyd etdi ki, SDU-nun I, II və III tədris korpuslarında zəruri təmir işlərinin yay tətili günlərində tamamlanması, “Tələbə evi”nin yüksək keyfiyyətlə, yüksək zövqlə, beynəlxalq standartlara uyğun, bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla əsaslı təmiri, tikintisi və yenidən qurulması və  müvafiq mebellərlə, zəruri avadanlıqlarla təmin edilməsi uğurla həyata keçirilmişdir. Həmçinin “Tələbə evi”ndə yaşayacaq tələbələrin siyahısının müəyyənləşdirilməsinin fakültə dekanlarına tapşırıldığını diqqətə çatdırdı.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, tələbə kontingentinin ümumi sayına görə “Tələbə evi”nin tutumu bir o qədər də böyük deyil, ona görə də hər bir fakültədən tələbələrin seçilməsi diqqətlə, həssaslıqla və ilk növbədə, ən çox ehtiyacı olan tələbələrin nəzərə alınması prinsipi ilə və digər tələbələrin iştirakı ilə həyata keçirilməlidir.
Sonra universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov 15 sentyabr ‒ Bilik Gününə hazırlıqla əlaqədar görülən işlərin vəziyyəti barədə məlumat verdi və bildirdi ki, Bilik Günü ilə əlaqədar hazırlıqlar aparılır, universitetə yüksək balla qəbul olan tələbələrin tələbə biletlərinin və məqbul kitabçalarının Bilik Günündə təntənəli surətdə təqdim olunmasının təmin edilməsi fakültə dekanlarına tapşırılıb.
Rektor professor Elxan Hüseynov bir daha kollektivi Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az