Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Xarici dillər kafedrasının bir qrup müəllimi mükafatlandırıldı
SDU-nun Xarici dillər kafedrasının bir qrup müəllimi mükafatlandırıldı
Sumqayıt Dövlət Universitetinin Xarici dillər kafedrasının bir qrup müəllimi 2021-2022-ci tədris ilində SDU-nun əməkdaşları üçün təşkil olunmuş ingilis dili kurslarında məşğələlərin səmərəli aparılmasında və universitetin ictimai həyatında fəal iştirak etdiklərinə görə rektor professor Elxan Hüseynovun _K-81/3_ saylı 14 iyul 2022-ci il tarixli əmri ilə mükafatlandırıldı.
İyulun 25-də rektor professor Elxan Hüseynov universitetin Xarici dillər kafedrasının professor-müəllim heyətini qədul edərək təşkil etdikləri təlimin uğurla başa çatmasındakı fəaliyyətlərinə görə onları təbrik etdi və müəllimlərə Fəxri fərman təqdim edərək şərəfli peşələrində yeni-yeni uğurlar arzuladı.
Kafedranın müəllimləri yüksək diqqət və qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirərək universitetimizin perspektivi, müəllimlərimizin xarici dil biliklərinin inkişafı üçün gələcəkdə də bu kimi təlimlərin təşkil ediləcəyini diqqətə çatdırdılar.
Sonda xatirə şəkilləri çəkildi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az