Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Qurban bayramı münasibəti ilə kollektivi təbrik etdi
SDU-nun rektoru Qurban bayramı münasibəti ilə kollektivi təbrik etdi
Qurban bayramı islam dünyasının ən müqəddəs bayramlarından biridir. Humanist dəyərlərə, ali insani hisslərə söykənən, müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən bu bayramın Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür. Tarixən islama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz islam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Bu dəyərlər respublikamızı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Bütün xeyirxah niyyətlər, dua və diləklər isə ildən-ilə gerçəkləşir, Uca Yaradanın mərhəməti xalqımızın üstündən əskik olmur. Vətən müharibəsində şanlı Ordumuzun yağı düşmən üzərində parlaq Qələbəsi də məhz bu ali istəyin – Vətən, torpaq haqqımıza qovuşmaq diləyimizin bariz ifadəsidir. Qürurverici amildir ki,  44 günlük Zəfər savaşında SDU-nun məzunlarının, tələbələrinin, əməkdaşlarının da payı var. 
Hər il olduğu kimi, bu il də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə kollektivi ürəkdən təbrik edərək, hər kəsə cansağlığı, uzun ömür, əmin-amanlıq, elmin, təhsilin inkişafı yolunda yeni-yeni uğurlar arzuladı  və universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi. 
Qeyd edək ki, bu xeyirxahlıq missiyası Sumqayıt Dövlət Universitetində daima hiss olunur. İşçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
Qurban bayramınız mübarək olsun!
Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin! Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az