Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz bədii yaradıcılıq müsabiqə-festivalında təltif olundular
Tələbələrimiz bədii yaradıcılıq müsabiqə-festivalında təltif olundular
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirildi.
Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqas, bədii qiraətçi, musiqiçi, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, solo ifaçılar iştirak etmişdilər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılmışdır. 
Hər il olduğu kimi, bu il də Sumqayıt Dövlət Universitetinin qalib gələn tələbələri müsabiqənin əsasnaməsinə uyğun olaraq, diplom, fəxri fərman və hədiyyələrlə təltif olundular.
Qeyd edək ki, milli rəqs nominasiyası üzrə “Səma” rəqs qrupunun bədii rəhbəri  Gülnarə Abasova III yerə,  tələbə Aysel Mirzəli bədii qiraət nominasiyası üzrə II yerə, bir qrup tələbə isə fəal iştirakına görə diploma layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az