Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildi
SDU-da “Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirildi
10 Dekabr Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günüdür. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu münasibətlə dekabr ayının 10-da Sumqayıt Dövlət Universitetində  Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq iştirakçıları salamladı, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən  və bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən  danışdı. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd hərtərəfli, insan hüquqlarına əsaslanan yanaşma və beynəlxalq tərəfdaşlıq, uşaq və gənclər arasında insan alverinin qarşısının alınmasının və ona qarşı mübarizənin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsi aparmaqdan və müzakirələri təşviq etməkdən ibarətdir. Prorektor mövzunun aktuallığından bəhs edərək ölkəmizdə insan hüquqlarının daima ön planda olduğundan və dövlətimizin bu sahədə gördüyü işlərdən danışdı.
Daha sonra universitetin baş hüquqşünası dosent Əminə Həsənova  öz nitqində insan hüquqlarının mahiyyətindən danışaraq bildirdi ki,  bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər, bu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. İlk Konstitusiyamız  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulmuş, Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulmuş  və ölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində  xeyli işlər görülmüşdür. 
BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə geniş məlumat verən hüquqşünas qeyd etdi ki, "Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapan prinsiplər 1948-ci ildəki aktuallığını bu gün də qoruyub-saxlayır. Prinsiplər bizi, öz hüquqlarımızı, eləcə də digər insanların hüquqlarını müdafiə etməyə, eləcə də bizi qoruyan hüquqları bilməyə çağırır".
Sonra mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az