Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının tədbirində iştirak etdi
Əməkdaşımız Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının tədbirində iştirak etdi
İyunun 3-də  Courtyard Marriot Hoteldə ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Beynəlxalq Təhsil  Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Assosiasiyanın Gürcüstan nümayəndə heyəti ilə tədbiri baş tutdu.
Məlumat verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Təhsil  Menecerləri Assosiasiyası 2019-cu il noyabr ayında bir təşəbbüs qrupu kimi Arif Nəcimovun rəhbərliyi altında təsis olunmuş və bir neçə yerli ali təhsil müəssisəsinin əməkdaşlarının iştirakı ilə öz fəaliyyətinə start vermişdir. 
ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin təhsil üzrə mütəxəssisi Ramina Mürşüdovanın moderatorluğu ilə keçirilən bugünkü  tədbirin məqsədi Assosiasiya üzvlərinin bir-biri ilə təcrübələrini bölüşmək və şəbəkələşmə imkanlarına şərait yaratmaq idi.
Hibrid formatda keçirilən tədbirə Gürcüstan Respublikasının İlia Dövlət Universiteti, Qafqaz Universiteti, Biznes və Texnologiya Universiteti, Qara Dəniz Beynəlxalq Universiteti, Batumi Dövlət Universitetinin nümayəndələri ilə yanaşı, beynəlxalq  təhsil idarəçiliyi üzrə ekspert Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun ABŞ-ın Kaliforniya ştatı üzrə təmsilçisi David Viki də spiker qismində qoşulmuşdu.
Görüşdə Azərbaycandan ADA Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universitetinin  nümyəndələri iştirak edirdi.
Tədbir Gürcüstan universitetləri, sonra isə yerli universitet təmsilçiləri tərəfindən təhsil ocaqlarının tədris imkanları və beynəlmiləlləşmə siyasətini təsvir edən təqdimatlarla davam etdirildi.
Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva təmsil etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az