Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun dosenti Eldar Məmmədovun 85 illik yubileyi qeyd olundu
SDU-nun dosenti Eldar Məmmədovun 85 illik yubileyi qeyd olundu
Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə elmə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Yüksək mənəvi ideyaları ilə tanınan belə ziyalıların həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, cəmiyyətdə və tələbələri arasında rəğbət qazanmış belə ziyalılardan biri də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Eldar Məmmədovdur. 
Bu günlərdə şərəfli ömür yolunun 85-ci pilləsinə - kamillik və müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır. 
İyunun 3-də Sumqayıt Dövlət Universitetində dosent Eldar Məmmədovun 85 illik yubileyi qeyd olundu. 
Yubiley münasibətilə SDU-nun rektoru professor Elxan Hüseynov Eldar Məmmədovu təbrik edərək alimin səmərəli elmi və pedaqoji fəaliyyətindən, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərindən danışdı. Bildirdi ki, ömrünün böyük bir hissəsini fizikanın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən dosent onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Rektor çıxışının sonunda “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 85 illik yubileyi munasibətilə” Eldar Məmmədova Fəxri fərman təqdim etdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov,  Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova yubilyarın həyat yolu və elmi fəaliyyəti barədə çıxış etdilər, görkəmli alimi yubileyi münasibətilə təbrik edərək, ona elmi fəaliyyətində uğurlar arzuladılar.
Sonda dosent Eldar Məmmədov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az