Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Tələbə Krediti ilə bağlı növbəti maarifləndirmə tədbiri
Təhsil Tələbə Krediti ilə bağlı növbəti maarifləndirmə tədbiri
May ayının 17-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Təhsil Tələbə  Krediti ilə  bağlı 1-ci, 2-ci və 3-cü kurs tələbələri üçün  maarifləndirici tədbir keçirildi.
Filologiya fakültəsinin Tədris işləri üzrə dekan müavini Qara Əhmədov  TTKF-in fəaliyyət istiqamətləri, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə tələbələrə geniş məlumat verdi. Həmçinin dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı bəhs etdi, təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini vurğuladı. Qara Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə və fakültə üzrə 2021/22-ci tədris ili üçün I və II semestrlər üzrə e-ttkf.edu.az portalından qeydiyyatdan keçən tələbələr haqqında da məlumat verdi.
Daha sonra fakültənin Təlim-tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarova Təhsil Tələbə Krediti ilə bağlı ətraflı danışdı. Bildirdi ki, Təhsil Tələbə Kredit Fondunun təsis olunması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. Fond Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunub. Tələbələr üçün yeni imkanlar təklif edən fond ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət edir.
Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az