Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yıldız Texniki Universitetinin bir qrup alimi Sumqayıt Dövlət Universitetində oldular
Yıldız Texniki Universitetinin bir qrup alimi Sumqayıt Dövlət Universitetində oldular
Mayın 26-da Sumqayıt Dövlət Universiteti və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının strateji istiqamətləri” mövzusunda  onlayn formatda Beynəlxalq elmi konfrans keçirildi
Beynəlxalq elmi konfransda  iştirak edən Yıldız Texniki Universitetinin bir qrup alimi mayın 27-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovla  görüşdü.
Rektor professor Elxan Hüseynov qonaqları salamladı, iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə etdi. YTU ilə SDU arasında uğurla davam edən birgə tədbirlərin qarşılıqlı faydalılığından danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti elmi əlaqələrini gündən-günə genişləndirir, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlu addımlar atır. Dövrün tələbi olan elm, təhsilə inteqrasiyanın dərinləşdirilməsini, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq, yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın və Türkiyənin bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.
Rektor rəhbərlik etdiyi universitet  haqqında onu da söylədi ki, SDU  60 illik yubileyini qeyd etmək ərəfəsindədir, tarixi bir yol keçən universitetimizdə ilk dəfə olaraq Elmi Şuranın vəsatəti əsasında Dissertasiya Şurası yaradılmışdır. Hazırda universitetdə 6 ixtisas üzrə 3 Dissertasiya Şurası fəaliyyət göstərir. Bu da ölkəmizin kadr potensialının inkişafına töhfə verir. Eyni zamanda  SDU Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının üzvüdür və Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri kimi fəaliyyətini uğurla davam etdirərək ölkələrimizin intellektual potensialının artmasına kömək edir. Belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradır, bu isə öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlığa, ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Rektor professor Elxan Hüseynov çıxışında 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək dəyərləndirdi, türk xalqına sonsuz təşəkkürünü bildirdi. Xüsusilə vurğuladı ki, Türkiyə–Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. 
Rektor professor Elxan Hüseynov  Sumqayıt Dövlət Universiteti  və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransı yüksək dəyərləndirdi, sonra universitetlər arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olundu.
Yıldız Texniki Universitetinin İqtisad və idarəetmə elmləri fakültəsinin dekanı professor Halit Keskin və fakültənin professoru Cemal Zehir təmsil etdikləri universitetin rektoru  professor Tamer Yılmazın salamını çatdıraraq, iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə etdilər. Bildirdilər ki,  YTU ilə SDU arasında qarşılıqlı faydalı layihələr həyata keçiriləcək.
Görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonra tərəflər bir-birinə qarşılıqlı hədiyyələr təqdim etdilər.
Qonaqlar universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin müdiri Təranə Namazova qonaqlara mərkəzin yaranması, fəaliyyəti, ümummilli liderin siyasi   fəalyyəti  haqqında ətraflı məlumat verdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az